Siyasət

Ceyhun Bayramov Serbiyada Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

23 Dekabr 2024 21:29
Baxış: 909

21:29

Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfərdədir.

Milli.Az xəbər verir ki, bununla bağlı Nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramov Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dərin ehtiramını və əziz xatirəsini yad etmək əlaməti olaraq Belqrad şəhərindəki Taşmaydan parkında onun abidəsi önünə gül dəstələri qoyub.

Xəbər yenilənəcək

---------
08:36

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

Milli.Az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, Serbiyanın xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirməsi planlaşdırılıb.

Bu səfər iki ölkə arasında mövcud diplomatik münasibətlərin inkişafına yeni töhfələr verməyi hədəfləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.