Siyasət

Prezident “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda dəyişikliyi təsdiqlədi

16 Dekabr 2024 17:17
Baxış: 280

Prezident İlham Əliyev "Daşınar əmlakın yüklülüyü haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Milli.Az xəbər verir ki, sənədə əsasən, qanunun əhatə dairəsi genişləndirilərək, buraya daşınar əmlakın seriya nömrəsi - istehsalçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsi də daxil edilib.

Prezident İlham Əliyev sözügedən qanunun tətbiqi ilə bağlı fərman da imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.