Zəngəzur nəqliyyat dəhlizi təşəbbüsü beynəlxalq oyunçular, o cümlədən İsrail üçün geniş təsirləri olan Cənubi Qafqazın geosiyasi dinamikasının kritik elementinə çevrilib. Təklif olunan dəhliz Qərbə qarşı mübarizədə müttəfiq olan Rusiya və İran arasında mühüm ayrılma nöqtəsidir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Jewish News Syndicate" nəşrində dərc olunan məqalədə bildirilib.
"Zəngəzur marşrutu Azərbaycanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın anklavı olan Naxçıvanla birləşdirəcək. 1868-ci ildə Rusiya imperiyasının yaratdığı əyalət olan bu əraziyə Ermənistanın da, Azərbaycanın da iddiası var. 1919-cu ilin yanvarında o vaxt Azərbaycan üzərində mandata malik olan Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləyib. Lakin 1920-ci ildə Sovet hakimiyyəti bölgəni nəzarətə götürdü və Azərbaycanla onun Naxçıvan eksklavı arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan Sovet Respublikasına verdi", - məqalədə bildirilib.
Qeyd edək ki, 1920-ci ilin yanvarın 11-də Paris sülh konfransında müstəqilliyimiz tanınarkən qəbul edilən xəritədə Zəngəzur və Göyçə Azərbaycan ərazisi kimi təsdiqlənib. Həmin xəritə hazırda Parisdə saxlanılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun