Siyasət

Azərbaycanla İsrail arasında hərbi sahə üzrə memorandum imzalandı - FOTO

26 Sentyabr 2024 16:22
Baxış: 864

İsrail ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq genişlənməkdə davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" platformasında bildirib.

O qeyd edib ki, "AS Holdings" və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan "Ari Arms" bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah"la Strateji Anlaşma Memorandumu imzalayıb.

"Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər", - diplomat qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.