Praqada ATƏT-in Forumu çərçivəsində COP29-a həsr olunmuş tədbir təşkil olunub - FOTO
Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyin təşkilatçılığı ilə Praqada ATƏT-in 31-ci İqtisadi və Ətraf Mühit Forumu çərçivəsində "COP29: ambisiyanın genişləndirilməsi və fəaliyyətin təşviq edilməsi vasitəsilə iqlim dəyişikliyi çağırışları ilə mübarizədə həmrəylik və birliyin təşviq edilməsi" adlı yan tədbir təşkil olunub.
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri, Avstriyanın ATƏT yanında Daimi Nümayəndəsi Florian Rauniqın moderatorluğu ilə keçirilmiş bu tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev iştirak və çıxış edib:
"Nazir müavini Y.Rəfiyev iqlim dəyişikliyinin qlobal mənfi təsirləri barədə söz açaraq cari ilin noyabr ayında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini qeyd edib, COP29-a hazırlıq çərçivəsində aparılan danışıqlar prosesinin hazırkı statusu, Azərbaycan tərəfindən irəli sürülmüş 14 təşəbbüs və onların təşviqi istiqamətində aparılan işlər, Azərbaycanın enerji keçidi və iqlim siyasəti barədə məlumat verib.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə xüsusunda inklüzivlik və əməkdaşlığı təşviq etdiyini qeyd edərək, COP29 Sədrliyinin bir çox tərəfdaşlarla sıx təmasda olduğunu bildirib.
ATƏT nümayəndəsi B.Djusupov iqlim dəyişikliyi mövzusunun ATƏT-in diqqət mərkəzində olduğuna və bu istiqamətdə bir sıra öhdəliklərin mövcud olduğuna istinad edərək Təşkilat tərəfindən bu istiqamətdə aparılan fəaliyyət barədə məlumat verib, ATƏT-in COP29-da iştirak planlarından danışıb.
Tədbir çərçivəsində ATƏT-in iştirakçı dövlətlərinin fikirləri dinlənilib, sualları cavablandırılıb. İştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, etimadın qurulması və qlobal səylərin artırılmasına Azərbaycan Sədrliyinin verdiyi töhfənin əhəmiyyəti vurğulanmış, bu fəaliyyətdə ölkəmizə uğurlar arzulanıb.
Qeyd olunmalıdır ki, İqtisadi və Ətraf Mühit Forumu ATƏT-in iqtisadi ölçüsünün illik əsasda keçirilən ən böyük tədbiridir.
Forum təşkilatın iqtisadi və ətraf mühit istiqamətləri üzrə iştirakçı dövlətlərin öhdəliklərinin nəzərdən keçirilməsi və bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində aparılan fəaliyyətin müzakirəsi üçün platformadır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur





