İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı - FOTO
İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Agenzia Nova", "Giornale Diplomatico", "Agenpress", "Il Sole 24 Ore", "Askanews", "Italpress", "il Giornale", "La Presse", "Agenzia Vista", "Quotidiano Nazionale", "Tutt Oggi", "Borsa Italiana" və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın "Quirinale" Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.
Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib.
Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır.
Məlumatlarda Prezident İlham Əliyevin həmin gün Romanın "Chigi" Sarayında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirdiyi bildirilib. Vurğulanıb ki, görüşdə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlərə dair ətraflı müzakirələr aparılıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf perspektivlərinə dair müzakirələr olub.
Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyevlə Ciorcia Meloninin görüşündə İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin xüsusi önəm daşıdığı qeyd olunub.
Diqqətə çatdırılıb ki, Ciorcia Meloni COP29-un uğurla keçirilməsi üçün İtaliyanın Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb, SOCAR ilə "Eni" arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib
-
İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi
-
Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir
-
Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir
XƏBƏR LENTİ
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”
-
Adi routerlər hərəkətlərinizi izləyə bilər
-
Bakıda güclü küləklə bağlı XƏBƏRDARLIQ
-
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
-
İlk dəfə oğlunun üzünü GÖSTƏRDİ - FOTOlar
-
Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
-
“25 il işlədim, artıq BƏSDİR”
-
7-ci əməliyyatından sonra xəstəxanadan FOTOsunu yaydı
-
Yer kürəsinin fırlanması rekord dərəcədə yavaşladı





