Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 30 avqust - Zəfər bayramı münasibətilə təbrik edib.
Milli.Az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 avqust - Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik", - deyə paylaşımda qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun