Siyasət

Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabitlik üçün vacibdir

29 İyun 2024 11:09
Baxış: 649

Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan albaniyalı həmkarı İqli Hasani ilə görüşündə deyib.

Görüş Xorvatiyada keçirilən "Dubrovnik" forumu çərçivəsində baş tutub.

A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması prosesi barədə həmkarına məlumat verib.

Bundan əlavə, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının həyata keçirilməsinə yönəlmiş ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.

Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri barədə fikir mübadiləsi aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.