Siyasət

İlham Əliyev: Həmişə bu ölkələrlə həmrəy olmuşuq

27 May 2024 23:33
Baxış: 572

Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin "Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması" mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə Hərəkatın gündəliyinin irəli aparılması üçün səy göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.