Siyasət

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırıldı

30 Aprel 2024 17:10
Baxış: 767

"Tələbə-məzun" dövlət elektron məlumat sistemi qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.