Vyanada beynəlxalq konfrans keçirilir - VİDEO - FOTO
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 30-da BMT-nin Vyana ofisində "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" mövzusunda konfrans təşkil olunub. Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən tədbirdə dövlətlər daxilində və arasında bərabərsizliklərin, davamlı inkişaf problemlərinin aradan qaldırılmasına dair məsələlər müzakirə ediləcək.
Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak edirlər.
Tədbirin əsas ideyası müstəmləkəçi ölkənin məqsədyönlü mədəni assimilyasiya siyasətini tənqid etməklə ondan maksimum dərəcədə xilas olmaqdır.
Konfrans çərçivəsində "Assimilyasiya siyasətinin yerli icmalara mənfi təsiri", "Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarının inkişafı" və "Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər" mövzularında üç paneldə müzakirələr aparılacaq.
Bu gün Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimilyasiya konsepsiyası iki əsas xətt üzrə təhlil olunacaq, müstəmləkəçilliyin yerli icmalar üzərindəki mənfi təsirlərinə və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsinə dair fikir mübadilələri aparılacaq.
Konfrans assimilyasiyanın təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin azalmasına və dekolonizasiya istiqamətində gözlə görünə bilən nəticələrin əldə edilməsinə imkan verəcək. Bu tədbir Fransanın keçmiş və hazırkı koloniyalarından gəlmiş iştirakçılar tərəfindən gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasına və maariflənməyə yönəlmiş gələcək layihələrin işlənilməsi istiqamətində mühüm başlanğıc olacaq.
Konfrans çərçivəsində əlaqələrin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və əməkdaşlığının genişləndirilməsi məqsədilə Fransız Polineziyasının "Tavini Huiraatira" siyasi partiyası ilə Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanacaq.
Tədbirin sonunda beynəlxalq təşkilatlara açıq məktub ünvanlanacaq.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik və yeni müstəmləkəçilik istiqamətində əsaslı mövqe ortaya qoyaraq Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəsini dəstəkləməyə davam edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə telefonla danışıb
-
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
"Yayın qızmar istisində soğan-sarımsaqla xaş yeyən adamam"
-
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi
-
Korrupsiya barədə məlumat verən şəxsə təzyiq edilməsi qadağan edildi
-
II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
-
"İnter" 4 məşhur futbolçusunu göndərdi
-
7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Xamenei atasının dəfnində iştirak etməyəcək?
-
Verilişi bağlanan Zaurun yeni görünüşü təəccübləndirdi - (Video)
-
Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?
-
Bakıda 214 və 214A marşrutlarında gediş haqqı 65 qəpik olacaq
-
"Aysuna, Nəfəsə görə "Ağ Şəhər"dəki evimi sataram" - (Video)
-
Bakıda bazarda modellərin açıq-saçıq fotosessiyası müzakirə yaratdı - (Video)
-
Yeni peşə təhsili ixtisasları yaradıldı - Baş nazirdən qərar





