Afinada Ermənistanın dağıtdığı Azərbaycan məzarlarından danışıldı
Yunanıstanın paytaxtı Afina şəhərində Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyası, Yunanıstanın Harokopio Universiteti və Böyük Britaniyanın York Universitetinin birgə təşkilatçılığı ilə Məzarlıq Araşdırmaları üzrə Beynəlxalq Konfrans keçirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, konfransda Azərbaycandan olan QHT sədri - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Fariz Xəlilli geniş məruzə və təqdimatla çıxış edib.
Fariz Xəlilli Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal altında saxlandığı dövrdə Qarabağ və Şərqi Zəngəzurda 600-dən çox qəbiristanlığın dağıdıldığını, məzarların uçurulduğunu, bir çox qəbirlərin açılaraq içərisində qızıl diş axtarıldığını, daşlarının oğurlandığını qeyd edib.
O, azad edilmiş ərazilərdə bir sıra məzarlıqlarda şəxsən monitorinqlər apardığını, bu barədə hesabat hazırladığını bildirib. Fariz Xəlilli diqqətə çatdırıb ki, Kəlbəcərdə - Ağdaban qəbiristanlığında UNESCO siyahısında olan aşıq sənətinin məşhur nümayəndəsi Aşıq Qurban Ağdabanlının, Aşıq Şəmşirin məzarları da işğal dövründə dağıdılıb.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri son vaxtlar Qarabağda və Şərqi Zəngəzurda kütləvi məzarlıqların aşkarlandığını qeyd edib. O, bütün bunların müharibə cinayətləri olduğunu bildirib: "Birinci Qarabağ müharibəsində 4000 nəfərdən çox azərbaycanlı itkin düşüb. Onlar haqqında Ermənistan dövləti hər hansı ümidverici informasiya vermir. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra azad olunan torpaqlarda minaların təmizlənməsi ilə yanaşı, mümkün kütləvi məzarlıqları da həssaslıqla izləyir... 2024-cü ilin mart ayına qədər Qarabağda 16 kütləvi məzarlıq aşkar olunub. Hələlik sonuncu kütləvi məzarlıq 2024-cü ilin fevral ayında Xocalı şəhərində aşkar olunub... təkcə 1992-ci ildəki Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin ümumi sayı 196 nəfərdir".
O, Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyasını və beynəlxalq konfransda ABŞ, Böyük Britaniya, İsveçrə, Yunanıstan, İtaliya, Rumıniya, İsveç, Çexiya, Yaponiya, Hindistan, Xorvatiya və digər ölkələrdən olan məzarlıq üzrə alim və tədqiqatçıları bu mühüm faktlara diqqət yetirməyə çağırıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)





