Siyasət

Azərbaycanda səfərdə olan Delfin Pronk: Regionda sabitliyin təmin edilməsinin vaxtı çatıb

13 Aprel 2024 07:30
Baxış: 572

Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkədə yazıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə "cari çağırışlar üzrə ekskursa görə" təşəkkürünü bildirən Pronk Aİ-nin əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu diqqətə çatdırıb:

"Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb. Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır".

Xatırladaq ki, Hikmət Hacıyev Aİ-yə üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib. Görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.