Siyasət

"Krokus" teraktı: Mustafayev Rusiya səfirliyinə getdi

27 Mart 2024 12:25
Baxış: 1 027

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.

Milli.AZ bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terrorçular insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. Terror zamanı 139 nəfər həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.