Siyasət

İrəvan israrlıdır: Moskva indi nə edəcək?

5 Mart 2024 14:06
Baxış: 1 299

"Ermənistan Avropa Birliyinə daxil olmaqda israrlıdır və payızdan gec olmayaraq öz müraciətini etməlidir". 

Milli.Az xəbər verir ki, "Hraparak" nəşri yazır ki, bunu Paşinyan hakim partiyanın deputatları ilə qapalı görüşdə bildirib. 

Mənbənin sözlərinə görə, Paşinyan sətiraltı bildirib ki, Ermənistan Rusiyadan qopub onu regiondan çıxarmaq üçün əməli addımlar atmalıdır. Bu bir növ Qərbin tələbidir və indiki vəziyyətdə Qərbə inteqrasiya üçün Ermənistanın bu addımları atmaqdan başqa yolu yoxdur".

Yazıda o da qeyd olunur ki, baş nazirin komandasının əksəriyyəti bu məsələdə tələskənliyə qarşıdır. Buna görə də Paşinyan ölkənin xarici siyasətinin dəyişdirilməsi üçün xalqdan etimad səsverməsi tələb edərək konstitusiya referendumu keçirməyə hazırlaşır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.