Siyasət

Cırtdan Makron özünü imperator sayır

28 Fevral 2024 12:09
Baxış: 939

"Emmanuel Makron Fransa prezidenti postunda yararsızlığını sübut etdi. Bu səbəbdən o, reytinqini yüksəltmək üçün dünya siyasəti ilə bağlı ən odioz bəyanatlar verməyə hazırdır".

Milli.Az bildirir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin dediyinə görə, hakimiyyətini qoruyub saxlamaq üçün E.Makron hətta Üçüncü Dünya Müharibəsini alovlandırmağa belə, hazırdır.

"İqtisadi, sosial və xarici siyasət sferalarında uğursuzluqlardan sonra Fransanın dövlət başçısı yeni Bonopart olmaq fikrinə düşüb. Halbuki o, əvvəllər Napoleon Bonopartı insan həyatı ilə bağlı laqeyd davranışla siyasətdə suçlayırdı.

Düşünülməmiş bəyanatlar verməzdən əvvəl yaxşı olar ki, Makron belə açıqlamaların Napoleonla əsgərləri üçün nə ilə sonuxlandığını xatırlasın.

Unutmayaq ki, Napoleonun bəyanatları onun 600 mindən artıq əsgərinin torpağa gömülməsi ilə nəticələndi", - V.Volodin bəyan edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.