Siyasət

İlham Əliyev: Azərbaycan ilə Latviya arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var

11 Yanvar 2024 16:50
Baxış: 685

Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Ötən dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, bir çox sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Prezident Edqars Rinkeviçsə ünvanladığı təbrik məktubunda qeyd olunub.

Dövlətimizin başçısı Latviyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

"Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - deyə Azərbaycan Prezidentinin təbrik məktubunda bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.