Siyasət

Qiymətləndiricilər Palatası təsis ediləcək

30 Dekabr 2023 17:06
Baxış: 735

Qiymətləndiricilərin ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti bir ay müddətində:

- ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini, habelə ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən 3 nəfər və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 2 nəfər nümayəndə daxil olmaqla, 5 üzvdən ibarət təşkilat komitəsinin yaradılmasını təmin etsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.