Siyasət

Ermənistan-Azərbaycan sərhədində vacib görüş olacaq

22 Noyabr 2023 23:52
Baxış: 830

Noyabrın 29-u və 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Caliber"ə diplomatik mənbələrdən məlumat daxil olub.

Müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib.

İki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özlərinin həll etməyə çalışması, şübhəsiz müsbət göstəricidir.

Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.