Siyasət

Azərbaycan mina təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək

22 Oktyabr 2023 20:43
Baxış: 617

Azərbaycanın Ampute Futbol Komandası əsasən mina partlayışı qurbanlarından ibarətdir və ümid edirəm ki, onlar tezliklə Dünya Amputeiya Futbol Çempionatında iştirak edəcəklər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

"Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalı nəticəsində minalarla dünyanın ən çox çirklənmiş ölkələri sırasındadır. Ümid edirəm ki, güclü futbolla və sportforpeace konsepsiyası çərçivəsində Azərbaycanın Ampute Futbol Komandası "ölüm toxumları" - minaların təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək!", - H.Hacıyev qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.