Siyasət

İlham Əliyev Füzulidə inzibati binanın təməlini qoyub - VİDEO - FOTO

16 Oktyabr 2023 13:20
Baxış: 998

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində inzibati binanın təməlini qoyub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, inzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.

Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxdı.

Dövlətimizin başçısı inzibati binanın təməlini qoydu.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.