Siyasət

AŞPA Bakıya qarşı qətnamə qəbul etdi

12 Oktyabr 2023 22:57
Baxış: 1 519

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan sosial şəbəkələrdə məlumat yayıb.

O qeyd edib ki, AŞPA həmçinin eyniadlı tövsiyə qəbul edib.

Rubinyan bildirilib ki, bu sənədlərdə guya Qarabağın erməni əhalisi fiziki "məhv olmaq" təhlükəsi və Azərbaycanın hakimiyyətinin "ermənifobiya siyasəti" səbəbindən öz vətənini tərk etdiyi göstərilir.

"Assambleya Nazirlər Komitəsini Avropa Şurasına üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 1994-cü il bəyannaməsinə əsaslanaraq, Azərbaycanla bağlı monitorinq prosesi keçirməyə çağırır.

Azərbaycan öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın Azərbaycan nümayəndə heyətinin mandatına etiraz etməkdən başqa yolu qalmayacaq (bu o demək olacaq ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakı ən azı məhdudlaşacaq)", - Rubinyan qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.