Siyasət

Separatçılardan alınan silahlar kimdə olacaq? - İDDİA

9 Oktyabr 2023 21:06
Baxış: 2 793

Azərbaycan RMK ilə birlikdə erməni silahlılarının müsadirə etdiyi silahları mühafizə altına alacacağı iddia olunur.

Milli.Az bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya sülhməramlıları Qarabağın qanunsuz silahlı birləşmələrinə təhvil verilmiş sursat, silah və hərbi texnikanın mühafizəsi üçün 25 mühafizə postu yaradır.

İddia edilir ki, Azərbaycan tərəfi ilə birgə 14 post formalaşdırılır.

Azərbaycan RMK-nın müşahidə məntəqələrini bağladığına sevinməyə vaxt tapmamış, onun mühafizə postlarını yerləşdirdiyi məlum olub. Bundan əlavə, müsadirə edilmiş silahların mühafizəsi RMK-ya həvalə edilib ki, onların da əksəriyyəti ermənilərin Rusiyadan aldıqları silahlardır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.