Rusiya sülhməramlıları Qarabağda keçmiş qoşunların təmas xətti boyunca - Əsgəran, Ağdərə və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini (MMM) bağlayıblar.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində deyilir.
Departament qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb.
Milli.Az