Ceyhun Bayramov İSESCO-nun baş direktoru ilə görüşüb
3 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və ICESCO arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illərdən mədəniyyətlərarası dialoq, irqi ayrı-seçkilik, İslamofobiya kimi təhdidlərlə mübarizə sahəsində ICESCO ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, bu xüsusda ICESCO-nun yaxın zamanda ölkəmizdə regional mərkəzinin açılmasının münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib. Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" seçildiyi məmnunluqla qeyd edilib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ölkəmizin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb. Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə üzləşdiyimiz ikili standartlar, keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdlərinin qəbuledilməzliyi, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermədiyi vurğulanıb.
Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Xüsusilə, görülən anti-terror tədbirləri nəticəsində bölgədə mövcud qeyri-qanuni erməni silahlı qüvvələrinin buraxılması və tərksilahı prosesinin sülh və reinteqrasiya səylərinə təkan verdiyi qeyd olunub.
Baş direktor Salim bin Məhəmməd əl-Malik, Azərbaycana səfərindən məmnunluq duyduğunu, ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüş zamanı faydalı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. ICESCO-nun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu, habelə bundan sonra da əlaqələrin gücləndirilməsi istiqamətində səylər göstərilməsinin vacibliyi qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı





