Siyasət

Ermənilər illər sonra eyni iddialarla çıxış etsə... - Bakıdan hesablanmış addım

28 Sentyabr 2023 13:30
Baxış: 2 831

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni rejim özünü buraxdığını elan edib.

Ermənilərin eyni iddiaları davam etdirməyəcəyinə, qondarma "artsax" kimi iddialar irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz. İndi olmasa belə, 20 ildən sonra - fürsət tapan kimi edə bilərlər. Bəs belə hal baş verərsə Bakı nə reaksiya verəcək?

Siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında bildirib ki, separatçı rejimin özünü buraxması Azərbaycana bu iddiaların önünə fakt qoymaq imkanı verəcək.

"Şübhəsiz ki, rəsmi Bakı separatçı rejimin özünü buraxması tələbində israr edib və bu, həm də perspektivdə ərazi iddialarının qarşısını almağa hesablanmış addımdır. Ermənilərin eyni iddiaları davam etdirməyəcəyinə, qondarma "artsax" kimi iddialar irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz, indi olmasa belə, 20 ildən sonra - fürsət tapan kimi edə bilərlər. Separatçı rejimin özünü buraxması Azərbaycana bu iddiaların önünə fakt qoymaq imkanı verəcək: "öz müqəddəratını təyin etmək" istəyənlər özləri bundan imtina etdi - etdirildi", - o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.