Siyasət

Erməni diplomatlar istefa verir - KİV

28 Sentyabr 2023 14:51
Baxış: 1 099

Ermənistanın dövlət sistemində hazırda təlatüm yaşanır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb. 

Qəzet yazır ki, ölkənin Baş naziri Nikol Paşinyanın dövlət sisteminin daxildən parçalanmaması istiqamətində böyük səylərinə baxmayaraq, hazırda heç bir nəzarət mexanizmi işləmir. 

Ermənistan XİN-dən mənbənin verdiyi məlumata görə, müxtəlif ölkələrdə akkreditə olan ondan çox erməni konsul istefa ərizələrini təqdim edib. Onlar hazırkı şərtlərdə Ermənistan rəhbərliyi ilə işləmək istəmədiklərini bəyan ediblər: "Bir neçə səfir də istefa vermək istəsələr də, onlarla ayrı-ayrılıqda söhbətlər aparılıb və onları heç olmasa hazırkı mərhələdə öz vəzifələrində qalmağa razı salmağa çalışıblar". 

Xatırladaq ki, sentyabrın 19-dan Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar əsas olaraq N.Paşinyanın istefasını tələb edirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.