Siyasət

"Artıq 40 minlik yer hazırdır" - ermənilərin Qarabağdan çıxması...

22 Sentyabr 2023 08:15
Baxış: 3 916

Ermənistan Baş naziri Nikol Paşinyanın "Qarabağda mülki ermənilərə birbaşa təhlükə yoxdur, ermənilərin Azərbaycan Ordusu tərəfindən kütləvi öldürülməsi kimi iddialar yalandır" sözləri beynəlxalq müstəvidə Bakıya qarşı ittihamların qarşı yaxşı arqumentə çevrilə bilər.

Milli.Az bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Paşinyanın bu açıqlamasının ermənilərin Qarabağdan çıxmasının qarşısını almaq məqsədi daşıdığı da aydındır:

"Bunun baş verməsi Ermənistana təkcə sosial-iqtisadi problem vəd etmir, həm də çıxan ermənilər Paşinyan hakimiyyətinə qarşı etiraz elektoratını genişləndirəcək.

Lakin Ermənistan hakimiyyəti buna paralel olaraq hazırlıqlara da başlayıb. Artıq 40 minlik yer hazırdır, bu isə ermənilərin Qarabağdan çıxmaq perspektivindən xəbər verir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.