Paşinyan Rusiyadan imtina etdi - İki ölkə arasında gərginlik yeni mərhələdə - TƏHLİL
Paşinyan hakimiyyəti hazırkı mərhələdə Azərbaycanla məsələləri aydınlaşdırmaqdan daha çox Rusiya ilə haqq salamı kəsmək istəyir. Paşinyan hakimiyyəti Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq üçün planlar qurur və özünə tərəfdaşlar tapmağa çalışır. Bunu artıq Rusiya tərəfi də açıq görür və məsələlərə müdaxilə etməyə çalışır. Rusiyanın Ermənistana təqdim etdiyi nota və Rusiya rəsmilərinin açıqlamaları və bəyanatları da bunun tərkib hissəsidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Paşinyan ən çox ittiham olunduğu məsələlərdən birincisi İkinci Qarabağ müharibəsində uduzmağıdırsa, ikincisi Qarabağda yaşayan ermənilərlə bağlı məsələdir. Paşinyana müxalif olan ruspərəst düşərgə bu faktordan istifadə edərək onun hakimiyyətini sarsıtmağa çalışırlar. Paşinyan isə vizual olaraq Qarabağdan əlini çəkdiyini göstərməklə ona edilən hücumların qarşısını almağı hədəfləyir. Öz adamı - Araik Arutyunyanı tələsik formada "istefa" verməsi də bu planın tərkib hissəsidir.
Artıq Xankəndidəki qanunsuz rejim qondarma parlamentdə "prezident seçkiləri" də keçirib. Nəticədə Samvel Şahramanyan separatçı rejimin yeni "prezidenti" seçilib.
45 yaşlı separatçı 1978-ci il dekabrın 1-də Azərbaycan SSR-in Xankəndi şəhərində anadan olub. S.Şahramanyan indiki "vəzifə"sindən öncə qondarma rejim "milli təhlükəsizlik xidməti"nin (MTX) "direktoru" və tanınmamış "DQR"in "hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri" olub.
"General-mayor" rütbəsi daşıyan S. Şahramanyan 1997-ci ildə İrəvan Qriqor Zohrap Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olub. Daha sonra 1998-ci ildə Xankəndi Pedaqoji İnstitutunun İqtisadiyyat fakültəsinə keçib və 1999-cu ildə oranı bitirib.
1996-1999-cu ildə separatçı qurumun "müdafiə ordusu"nda "hərbi xidmət" keçib. Qondarma qurumda müxtəlif "vəzifələr"də çalışan S. Şahramanyan 2013-cü ildə separatçı "DQR Polisi"nin Xankəndi şəhər şöbəsinin "rəisi", sonra isə cinayət axtarış idarəsinin "rəisi" təyin edilib. 2014-2018-ci illərdə qondarma qurumun MTX-də işləyib. 2018-2020-ci illərdə o, MTX-nin "direktoru" olub.
O, 2018-ci il iyulun 16-da "əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar komissiya"nın "sədri" təyin edilib.
S. Şahramanyan daha çox keçmiş Koçaryan-Sarkisyan rejiminin kadrı kimi tanınır. Yəni onun Paşinyanın adamı olduğunu demək çətindir. Paşinyan isə onun seçilməsinə heç bir müdaxilə etmədi və hətta bir növ şərait yaratdı. Görünən odur ki, Paşinyan ən çox tənqid olunduğu məsələdən öz yaxasını qurtarmaq istəyir. Sonrakı dönəmdə Paşinyan hakimiyyətinin Rusiya və onun Qarabağda dəstəklədiyi adamlarına qarşı kəskin konpaniyanın başladılmasının da şahidi ola bilərik.
Paşinyan Qarabağ məsələsindən də Rusiya və onun tərəfdarlarına qarşı istifadə etməyi planlayır və bütün günahı onların üstünə yıxmağı hədəfləyir.
Digər bir tərəfdən Ermənistan Rusiyadan kəskin şəkildə üz döndərməsini göndərən daha kəskin faktlar da var. Rusiya-Ukrayna müharibəsi 1,5 ildir davam edir. Bu müddət ərzində Paşinyan hakimiyyəti Ukraynaya bir çöp də olsun yardım göndərməyib, lakin bu yaxınlarda Ermənistandan Ukraynaya humanitar yardım yola düşdü, Anna Akopyan Ukraynaya səfər etdi. Bu hadisə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı kəskin mövqe tutduğunu nümayiş etdirməsinin davamı idi.
Son günlər Ermənistan və Rusiya tərəfdən rəsmi şəxslərin söz duellərinin isə ardı-arası kəsilmir.
Ermənistan və Rusiya arasında bardağı daşıran son damla isə ABŞ-Ermənistan birgə təlimlərinin keçirilməsi oldu. Rusiyanın bundan sonra Ermənistana qarşı hansı təzyiq vasitələrindən istifadə edəcəyi isə hələki məlum deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Neftin qiyməti ucuzlaşdı
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsiilə tanış olub - (Foto)
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)





