Siyasət

Taksi fəaliyyəti ilə bağlı dövlət rüsumları təsdiqləndi - MƏBLƏĞ

18 Avqust 2023 12:55
Baxış: 2 307

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumu tutulacaq.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün Dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb.

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşib.

Belə ki, yeni rüsumlar aşağıdakı kimi olacaq:

- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi - 3000 manat.

Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Bundan əlavə ölkədə taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırılacaq.

Qanuna əsasən, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.