Siyasət

Türkiyə beynəlxalq aləmdə baş verənləri istiqamətləndirən ölkəyə çevrilib - Ərdoğan

7 Avqust 2023 10:35
Baxış: 664

Türkiyə beynəlxalq aləmdə baş verənləri istiqamətləndirən ölkəyə çevrilib.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin "Lider diplomatiyası" adlı kitabına yazdığı giriş yazısında qeyd edib.

"Xüsusilə tarixdə izlər qoyacaq unudulmaz hadisələrin yaşandığı son illərdə dünyanın nəbzinin Türkiyədə vurduğunu deyə bilərik. Biz kritik məsələlərdə dünya diplomatiyasına rəhbərlik edirik. Türkiyə beynəlxalq aləmdə baş verənləri istiqamətləndirən ölkəyə çevrilib",- deyə Ərdoğan yazısında bildirib.

Türkiyə prezidenti öz yazısında, Türkiyənin Taxıl Dəhlizi sazişindəki rolundan tutmuş Covid-19 epidemiyasında digər ölkələrə verdiyi dəstəyə, münaqişələrin həlli üçün ikitərəfli və çoxtərəfli platformalarda göstərdiyi səylərdən Qarabağ münaqişəsinin həllində Azərbaycana verdiyi dəstəyə qədər bir çox nümunələri xatırladıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.