Siyasət

Türkiyə qabaqcıl müdafiə texnologiyaları ilə NATO-nun gücünə güc qatır - Ərdoğan

10 İyul 2023 16:01
Baxış: 704

Türkiyə qabaqcıl müdafiə texnologiyaları ilə NATO-nun gücünə güc qatır.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında jurnalistlərə açıqlaması zamanı deyib.

"Türkiyə NATO-nun missiyalarına və əməliyyatlarına ən çox töhfə verən beş ölkədən biridir. Müdafiə sahəsində quruda, dənizdə və havada qabaqcıl texnologiyalardan istifadə etməklə biz alyansın gücünə güc qatırıq. Terrorla mübarizəmiz cənub sərhəd bölgələrimizdə və NATO-nun da həmsərhəd olduğu hüdudlarda davam edir. Biz kütləvi qeyri-qanuni miqrasiya hərəkatlarının qarşısının alınması və idarə olunmasında qlobal miqyasda mühüm rol oynayırıq", - deyə Türkiyə prezidenti bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.