Siyasət

İlham Əliyev Albaniyaya minnətdarlıq edib

7 İyul 2023 13:57
Baxış: 513

Azərbaycan və Albaniya dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı, həmçinin deyib: "Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlığı Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory