Siyasət

“İctimai iştirakçılıq haqqında” qanununa dəyişiklik təsdiqləndi

9 İyun 2023 15:56
Baxış: 548

Prezident İlham Əliyev "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanunda deyilir:

1. 1.0.4-cü maddədə "müvafiq məsələlər barəsində" sözləri ", habelə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlı" sözləri ilə əvəz edilsin, həmin maddəyə "hazırlanması" sözündən sonra "(öyrənilməsi)" sözü əlavə edilsin.

2. 1.0.8-ci maddəyə "layihələrinə" sözündən sonra "və ya mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərə" sözləri əlavə edilsin, həmin maddədə "mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları" sözləri "həmin orqanlar" sözləri ilə əvəz edilsin.

3. 7.1.5-ci maddəyə "ictimai" sözündən sonra "və yerli" sözləri əlavə edilsin.

4. 16.1-ci və 17.1-ci maddələrə "layihələri" sözündən sonra "və ya müzakirə olunan ictimai və yerli əhəmiyyətli məsələlər" sözləri əlavə edilsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.