Siyasət

Rəcəb Tayyib Ərdoğan and içdi - VİDEO - YENİLƏNİB

3 İyun 2023 16:13
Baxış: 1 774

16:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.

Milli.Az xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.

--------
16:01

Ankarada yenidən Türkiyənin Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

Qeyd edək ki, Türkiyə Prezidentinin daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacağı gözlənilir.

Xatırladaq ki, mayın 28-də keçirilən ikinci turda "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.