Siyasət

İlham Əliyev Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədrini qəbul edib - VİDEO

17 May 2023 13:49
Baxış: 1 599

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçi qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mixail Myasnikoviç Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı, Ulu Öndərin böyük tarixi şəxsiyyət kimi Azərbaycanın inkişafında müstəsna rolunu qeyd etdi.

Görüşdə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olan üzv dövlətlərlə ticarət dövriyyəsinin və ticarət imkanlarının genişləndirilməsi barədə müzakirələr aparıldı.

Mixail Myasnikoviç Prezident İlham Əliyevə əməkdaşlıq istiqamətləri barədə təkliflər verdi.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.