Siyasət

Prezident: Bu, dostluğumuzu daha da gücləndirir

7 Aprel 2023 15:15
Baxış: 616

Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik və bu gün Siz Azərbaycandasınız.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib.

"Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki, beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə də tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.