Siyasət

Avroparlamentdən Saakaşvili çağırışı: Əfv edin!

16 Fevral 2023 08:44
Baxış: 879

Avropa Parlamenti Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Avroparlamentin qətnaməsində deyilir.

Qətnamədə Avropa Parlamentinin deputatlarının Saakaşvilinin səhhətinin pisləşməsindən ciddi narahat olduqları bildirilib.

Buna görə də deputatlar Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək Saakaşvilini əfv etməyə çağırırıblar.

Qətnamədə deyilir ki, Gürcüstanın avrointeqrasiya islahatlarında irəliləyişləri yenidən siyasətin mərkəzində olmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.