Siyasət

"Roberta Metsolanın ünvanlandığı məktub Milli Məclisə çatmayıb"

12 Fevral 2023 13:33
Baxış: 816

Milli Məclisin mətbuat xidməti Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı məlumatlara münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, mətbuatda dərc olunan həmin məlumatlarla sosial media vasitəsilə tanış olublar: "Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.