Siyasət

ABŞ Gürcüstana 140 ton hərbi yardım göndərdi

4 Fevral 2023 08:52
Baxış: 2 713

ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Gürcüstan səfirliyi məlumat yayıb.

"Bu gün biz Gürcüstanın Müdafiə Nazirliyinə 140 ton təhlükəsizlik texnikası təhvil verdik. ABŞ Gürcüstanla strateji tərəfdaşlığa sadiq qalır və Gürcüstan Müdafiə Qüvvələrini gücləndirməkdə davam edəcək", - məlumatda bildirilib.

Səfirlik ABŞ-dan Gürcüstana hansı hərbi yükün gətirildiyini dəqiqləşdirməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.