Siyasət

Ukraynaya dərhal yeni silahlar verilməlidir - Zelenski

31 Yanvar 2023 08:54
Baxış: 814

Ukraynanın şərqindəki Baxmut, Uqledar və digər şəhərlər Rusiyanın davamlı hücumları altındadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Prezident Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş silah təchizatına və yeni silah növlərinə ehtiyacı olduğunu bildirib.

Prezident televiziya ilə çıxışında Donetsk vilayətinin şərqində vəziyyətin çox ağır olduğunu etiraf edib. Dövlət başçısı Rusiyanın hücumlarına qarşı çıxmaq üçün ölkəyə yeni silah növlərinin çatdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Zelenski həmçinin bildirib ki, Rusiyanın Paris 2024 Olimpiadasında iştirakına icazə verilsə, bu, "terrorun müəyyən dərəcədə məqbul olduğunu" nümayiş etdirmək anlamına gələcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.