Siyasət

Bu ölkələr Ukraynaya silah verməyəcək

31 Yanvar 2023 07:35
Baxış: 717

Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovniczky bildirib ki, ölkəsi və Avstriya müharibəni daha da böyütməmək üçün Ukraynaya silah göndərməyəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Macarıstan müdafiə naziri bu haqda paytaxt Budapeştdə Avstriyanın müdafiə naziri Klaudia Tanner ilə görüşdən sonra birgə mətbuat konfransında deyib:

"Macarıstanın mövqeyi bəllidir, münaqişənin qızışmasının qarşısını almaq istədiyimiz üçün ona silah göndərmirik. Biz bu barədə Avstriya ilə razıyıq. Avstriya da müharibəyə silah göndərmir. Amma eyni zamanda hər iki ölkə müharibədən qaçanlara humanitar yardım edir".

Avstriya naziri Tanner isə Avropada təhlükəsizlik vəziyyətinin Ukraynadakı proseslərin yaratdığını və ən böyük təhlükənin müharibənin Avropaya yayılması olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.