Ermənilər daim çalışırdılar ki, Azərbaycana qarşı torpaq iddiaları irəli sürsünlər, lakin Heydər Əliyev bunun qarşısını alırdı.
Bu fikirləri bu gün Trend-in suallarını cavablayarkən politoloq Elşad Həsənov bildirib.
O qeyd edib ki, 1988-ci ilin fevralından etibarən gərginlik daha da artdı.
"1988-ci il fevralın 11-də Ağdam ərazisində iki azərbaycanlının öldürülməsi ilə gərginlik son həddə çatdı. Artıq milli hislər oyanmışdı və hər yerdə ermənilərin bu şovinist hərəkətlərinə qarşı xalq hərəkatı başlamışdı. Belə bir məqdamda SSRİ KQB-si Sumqayıtda qırğınlar törətdi. Bu qırğına da rəhbərlik edən məhz erməni Eduard Qriqoryan olub. Bundan sonra ermənilər bəyanatla çıxış etdilər ki, artıq onlar azərbaycanlılarla birlikdə yaşaya bilməzlər və Ermənistan ərazisində yaşayan 250 minə yaxın azərbaycanlıya qarşı kütləvi qırğın törətməyə başladılar. Ermənistan bir neçə kəndlərdə əhalini gülləbaran etdi. Onların evi yandırıldı və məcburən Azərbaycana köçdülər", - deyə o əlavə edib.
E.Həsənov, həmçinin bildirib ki, 1990-cı il 20 Yanvar ərəfəsində Bakıda da vəziyyət getdikcə grəginləşirdi.
"Artıq ictimai-siyasi vəziyyət gərginləşmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçov Bakıya qoşun yeritdi və qırğınlar törətdi. Həmin qırğınlar zamanı günhasız insanlar həlak oldu. Ermənilərin təhriki ilə rus qoşunları Bakının küçələrini al qana boyadı", - deyə o bildirib.
Milli.Az