Siyasət

"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir" - Mark Rutte

19 Yanvar 2023 22:38
Baxış: 548

"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir".

Bunu Niderland Krallığının Baş naziri Mark Rutte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı deyib.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.