Siyasət

ABŞ Ukraynanın enerji sistemini dəstəkləmək üçün 125 milyon dollar ayıracaq

19 Yanvar 2023 09:00
Baxış: 535

ABŞ hakimiyyəti Ukraynanın enerji sistemini dəstəkləmək üçün 125 milyon dollar ayırmaq niyyətində olduğunu açıqlayıb.

Bu haqda  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer Davosda keçirilən Dünya İqtisadi Forumunda açıqlama verib:

"ABŞ Prezidentinin administrasiyası Ukraynanın enerji sistemi və infrastrukturunun dəstəklənməsi üçün əlavə 125 milyon dollar ayırmaq üçün Konqreslə işləmək niyyətindədir".

ABŞ hökuməti bu məbləği həyati vacib avadanlıqların alınmasına sərf etməyi planlaşdırır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.