Siyasət

Zelenskiyə qarşı 12 dəfə sui-qəsd cəhdi olub

17 Yanvar 2023 08:23
Baxış: 969

Ukrayna Prezidenti Volodimir Zelenskinin son bir ildə 12-dən çox sui-qəsd cəhdindən sağ çıxdığı açıqlanıb.

Bu haqda jurnalist Kris Uippl ABŞ Prezidenti Co Bayden haqqında yazdığı kitabında qeyd edib.

Qeyd olunub ki, bunlardan bəzilərinin qarşısı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatları sayəsində alınıb.

Həmçinin, dekabrın sonunda CNN bildirib ki, ukraynalı başçının ABŞ paytaxtına səfəri zamanı onun həyatına mümkün sui-qəsd ehtimalı ilə bağlı Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.