Siyasət

Rusiyanın yeni itkiləri açıqlandı

5 Yanvar 2023 08:40
Baxış: 2 012

Ukrayna hərbi aviasiyası yanvarın 4-də Rusiya qoşunlarının cəmləşdiyi ərazilərə 17, Rusiya Federasiyasının zenit-raket komplekslərinin mövqelərinə isə 4 zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam yaydığı məlumatda bildirib.

Məlumata görə, Ukraynanın raket qoşunları və artilleriya bölmələri rus qoşunlarının 2 toplanma məntəqəsini, hərbi texnikanı və sursat anbarını vurub.

Qeyd olunur ki, Rusiya qoşunları Donetsk vilayətinin Konstantinovka şəhərində mülki hədəflərə üç raket zərbəsi endirib, reaktiv yaylım atəşi sistemlərindən 14 dəfə atəş açıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.