Siyasət

Şolts Rusiya ilə bağlı məqsədinə nail ola bilmədi

1 Yanvar 2023 15:22
Baxış: 550

Almaniya hökuməti 2022-ci ildə Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata cavab olaraq kansler Olaf Şoltsun elan etdiyi "zeitenwende" məqsədlərinə nail ola bilmədi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Spiked" nəşrinin köşə yazarı Sabine Beppler-Şpal öz məqaləsində qeyd edib.

"On ay keçdi və "zeitenwende" nitqində mövcud olan cəsarət və qətiyyət tamamilə yoxa çıxdı. İndiki hakimiyyət nə özünə, nə də Almaniyaya yaxşı heç nə etmir. Onlar yeni bir yola qədəm qoya bilmədilər. Təəccüblü deyil ki, ilin sonunda Şolts və onun hökumətinə etimad reytinqləri yeni antirekordlara çatdı", - deyə jurnalist bildirib.

Qeyd edək ki, ilin əvvələrində Almaniyada ilin sözü məhz "zeitenwende" seçilib. Yeni söz "epoxaların dəyişməsi" və ya "yeni dövrə keçid" kimi tərcümə olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.