Siyasət

Vasif Talıbovun oğlu atasının istefa qərarına ağlayaraq səs verdi - VİDEO

22 Dekabr 2022 06:51
Baxış: 4 488

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Onun səhhəti ilə bağlı vəzifəsindən azad olunması müraciəti səsə qoyularaq qəbul olunub.

İclasda Ali Məclisin deputatı, Vasif Talıbovun oğlu Seymur Talıbov da iştirak edib. O da atasının istefasına əl qaldıran Ali Məclis üzvləri sırasında yer alıb.

Naxçıvan Televiziyasının sessiyadan hazırladığı qısa reportajda kiçik Talıbovun gözüyaşlı olduğu açıq görünür. Atasının istefa qərarına o da səs verir - tərəddüdlə və gözüyaşlı sol əlini yarıyadək qaldırır və tez də endirir.

Maraqlıdır ki, Ali Məclisin iclasında çəkiliş aparan Naxçıvan TV sözügedən süjeti sosial şəbəkə hesablarında paylaşmayıb. Təqdim etdiyimiz görüntülər isə Naxçıvan sakinlərindən biri tərəfindən televiziya qarşısında lentə alınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.