Siyasət

ABŞ-dan Yunanıstana zərbə - Türkiyəyə yaşıl işıq

17 Dekabr 2022 19:17
Baxış: 972

Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin "Türkiyəyə F-16 satmayın" açıqlaması ilə başlayan gərginlikdən sonra ABŞ Nümayəndələr Palatasında F-16-ların Türkiyəyə satışının məhdudlaşdırıcı şərtləri aradan qaldırılıb. Bu, Yunanıstanda təlaş yaradıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Türkiyə, Yunanıstan və ABŞ üçbucağında F-16 böhranı yeni ölçülərə keçib.

ABŞ F-16-ların Türkiyəyə satışı ilə bağlı məhdudlaşdırıcı müddəaları aradan qaldırdıqdan sonra Yunanıstan vəziyyətin qarşısını almaq üçün addımlar atmağa çalışıb.

Vaşinqton və Ankara arasında F16-lar üçün texniki danışıqlar başa çatıb, lakin Yunan lobbisi F-16 satışını əngəlləməkdə israrlıdır.

Türklərin düşməni kimi tanınan konqresmen Bob Menendez qalmaqallı sözlərlə satışın qarşısını almağa çalışacağını vurğulayıb. Yunan mətbuatı bəyan edib ki, "Beynəlxalq satışlarla bağlı son söz Konqresdədir və Senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Menendez belə bir inkişafın qarşısını almaq niyyətini dəfələrlə ifadə edib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.